Oyuncaq maşınla əsas yola çıxan şəxs tutulub
Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq təhlükə yaradan 2001-ci il təvəllüdlü Mirzəli soyadlı şəxs polis tərəfindən müəyyən edilib. Onun barəsində qanunvericiliyə uyğun tədbir görülür.Polis sürücü və piyadaları yollarda təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/oyuncaq-ma%C5%9F%C4%B1nla-%C9%99sas-yola-%C3%A7%C4%B1xan-%C5%9F%C9%99xs-tutulub

