Paşinyan Azərbaycan və Türkiyəyə çağırış edib

Ermənistanda parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra baş nazir Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiq qaldığını bəyan edib.Paşinyan bildirib ki, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. O qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və sənədin imzalanmasına keçilməlidir.Ermənistanın Baş naziri Türkiyə ilə sərhədlərin açılması prosesində də irəliləyiş gözlədiklərini vurğulayıb. O, həmçinin Axalkalaki-Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarını müsbət qiymətləndirib.Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 50,25 faiz səslə liderdir.

url: 
http://kepezfm.az/xeberler/pa%C5%9Finyan-az%C9%99rbaycan-v%C9%99-t%C3%BCrkiy%C9%99y%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik