Paşinyan: Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.Görüş zamanı Paşinyan bildirib ki, regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Gürcüstan üzərindən qurulan dəmir yolu əlaqəsi ticarət və iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır.Qazaxıstanın xarici işlər naziri isə mövcud nəqliyyat əlaqələrinin ikitərəfli ticari-iqtisadi münasibətləri əhəmiyyətli dərəcədə genişləndirəcəyinə əminliyini ifadə edib. O, həmçinin regional kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP layihəsinə dəstəyini təsdiqləyib.
url:
http://kepezfm.az/xeberler/pa%C5%9Finyan-az%C9%99rbaycanla-d%C9%99mir-yolu-%C9%99laq%C9%99si-regional-ticar%C9%99tin-inki%C5%9Faf%C4%B1na-t%C9%99kan-verir

