Paşinyan Qarabağ ermənilərinə çağırış edib
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı çıxışında bildirib ki, erməni xalqı “müvəqqəti dayanacaq psixologiyasından” imtina etməlidir. Paşinyan vurğulayıb ki, Ermənistan Respublikası ermənilər üçün tranzit məntəqəsi yox, vətən və təyinat nöqtəsi kimi qəbul olunmalıdır. O qeyd edib ki, Vana, Muşa, Qarabağa və Naxçıvana qayıtmaq düşüncəsi qalarsa, Ermənistan tranzit məntəqəsi kimi qəbul olunacaq.Baş nazir Qarabağdan köçən erməniləri də Ermənistanda məskunlaşmağa çağırıb.
url:
http://kepezfm.az/xeberler/pa%C5%9Finyan-qaraba%C4%9F-erm%C9%99nil%C9%99rin%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F-edib

