Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına can atır. O qeyd edib ki, bu proses Ermənistanın xarici siyasətində balanslaşdırma mərhələsinin tamamlanmasına və yeni imkanların yaranmasına səbəb ola bilər.Paşinyanın sözlərinə görə, Türkiyə ilə diplomatik münasibətlərin olmaması xarici siyasətdə asimmetriya yaradır və bu balansın bərpası vacibdir.Baş nazir vurğulayıb ki, Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə deyil, bütün dövlətlərlə münasibətlərin inkişafını zəruri hesab edir və bunu “şıltaqlıq deyil, zərurət” adlandırıb.
url:
http://kepezfm.az/xeberler/pa%C5%9Finyan-t%C3%BCrkiy%C9%99-v%C9%99-az%C9%99rbaycanla-m%C3%BCnasib%C9%99tl%C9%99rin-normalla%C5%9Fmas%C4%B1n%C4%B1-prioritet-adland%C4%B1r%C4%B1b

