Pakistanda qatar hücumu və ağır yol qəzası baş verib
Pakistanın Bəlucistan əyalətində sərnişin qatarına kamikadze hücumu nəticəsində 47 nəfər həyatını itirib, 98 nəfərin isə yaralandığı bildirilir.Sərnişinlərin Qurban bayramını qeyd etmək üçün yola çıxdıqları qeyd olunur.Digər bir hadisə isə Pakistanın Xayber-Paxtunxva əyalətində baş verib.Hərəkət edən sərnişin avtobusu yol kənarında park edilmiş avtobusla toqquşub.Qəza nəticəsində ən azı 16 nəfər həlak olub, 7 nəfər yaralanıb. İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi səbəb olub.Faktlarla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/pakistanda-qatar-h%C3%BCcumu-v%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zas%C4%B1-ba%C5%9F-verib

