Parlamentlərarası İttifaqın baş katibi Ağdam şəhərinə səfər edib
Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Ağdam şəhərinə səfər edib. Qonağa Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər barədə məlumat verilib. Martin Çunqonq şəhərdə həyata keçirilən quruculuq işləri, o cümlədən “İmarət” Kompleksində, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub.
url:
http://www.kepezfm.az/xeberler/parlamentl%C9%99raras%C4%B1-ittifaq%C4%B1n-ba%C5%9F-katibi-a%C4%9Fdam-%C5%9F%C9%99h%C9%99rin%C9%99-s%C9%99f%C9%99r-edib