Paytaxt sakininin telefonu və pul kisəsini talayan şəxs saxlanılıb
Bakının Nəsimi rayonunda parklardan birində vətəndaşın mobil telefonu, içərisində sənəd və bank kartları olan pul kisəsi oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Emil Məsimov saxlanılıb. Dindirmə zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum olub. Araşdırmalar davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/paytaxt-sakininin-telefonu-v%C9%99-pul-kis%C9%99sini-talayan-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b