Paytaxtda evdən 15 min manatdan çox pul oğurlanıb
Bakının Xətai rayonunda bir evdən 15 500 manat pul oğurlanıb. Polis tərəfindən keçirilən əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev saxlanılıb.
Nəsimi rayonunda isə “Hyundai” markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.
url:
http://kepezfm.az/xeberler/paytaxtda-evd%C9%99n-15-min-manatdan-%C3%A7ox-pul-o%C4%9Furlan%C4%B1b

