Pezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında sərəncam imzalayıb. Prezident “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini də təsdiqləyib. İqtisadiyyat naziri Mikayıl Cabbarov azad iqtisadi zonanın inkişafının təmini məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib. Dövlət başçısı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman da imzalayıb. Tam orta təhsilli gizir və miçmanlara "Kiçik leytenant" hərbi rütbəsi veriləcək.
url:
http://www.kepezfm.az/xeberler/pezident-ilham-%C9%99liyev-m%C3%BCvafiq-s%C9%99r%C9%99ncamlar-imzalay%C4%B1b