Polşa klubu azərbaycanlı futbolçunun keçidini açıqlayıb
Polşanın LKS komandası Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun transferini açıqlayıb. 29 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. Premyer Liqada 110, yığmada isə 15 oyun keçirən müdafiəçi bu mövsüm “köhlən atlar”la 9 çempionat matçına çıxıb. Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı.
url:
http://www.kepezfm.az/xeberler/pol%C5%9F-klubu-az%C9%99rbaycanl%C4%B1-futbol%C3%A7unun-ke%C3%A7idini-a%C3%A7%C4%B1qlay%C4%B1b