Premyer Liqa: günün hər iki oyunu Bakıda keçiriləcək
Azərbaycan Premyer Liqasında bu gün 25-ci turun daha iki oyunu keçiriləcək. Hər iki görüş Bakıda baş tutacaq. Günün ilk matçı saat 16-da “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Hazırda “Zirə”nin 35, “Turan Tovuz”un isə 31 xalı var. “Sabah”la “Araz-Naxçıvan” isə saat 18:30 birincilərin meydanında qarşılaşacaqlar. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.
url:
http://www.kepezfm.az/xeberler/premyer-liqa-g%C3%BCn%C3%BCn-h%C9%99r-iki-oyunu-bak%C4%B1da-ke%C3%A7iril%C9%99c%C9%99k