Premyer Liqa: "Kəpəz" - "Neftçi" matçında qalib müəyyənləşməyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Kəpəz" Tovuz şəhər stadionunda "Neftçi" ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə yekunlaşıb - 3:3. Xallarının sayını 37-ə çatdıran paytaxt klubu hazırda "Səbail"lə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Kəpəz" 27 xalla 9-cu sıradadır. Hazırda günün son görüşü keçirilir. "Qəbələ" "Sabah"ın qonağıdır. Tura sabah "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
url:
http://www.kepezfm.az/xeberler/premyer-liqa-k%C9%99p%C9%99z-neft%C3%A7i-mat%C3%A7%C4%B1nda-qalib-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fm%C9%99yib