Prezident: Ümidvaram ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq
Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib. Regional problematikanı ətraflı müzakirə etdiklərini deyən Ölkə rəhbəri Azərbaycan ilə Ermənistan arasında danışıqların sülh sazişinin imzalanması ilə başa çatacağına ümidvar olduğunu vurğulayıb. Azərbaycan Prezidenti qazaxıstanlı həmkarına Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə təşəkkürünü bildirdib. Həmcinin Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin sabah açılışını edəcəklərini qeyd edib.
url:
http://www.kepezfm.az/xeberler/prezident-%C3%BCmidvaram-ki-az%C9%99rbaycan-il%C9%99-erm%C9%99nistan-aras%C4%B1nda-dan%C4%B1%C5%9F%C4%B1qlar-s%C3%BClh-sazi%C5%9Finin