Prezident: Azərbaycan İƏT-ə könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcək
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı da qəbul edib. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə Təşkilata bir daha təşəkkürünü bildirən dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd edib. Həmçinin, Prezident ölkəmizin quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
url:
http://www.kepezfm.az/xeberler/prezident-az%C9%99rbaycan-i%C9%99t-%C9%99-k%C3%B6n%C3%BCll%C3%BC-maliyy%C9%99-ian%C9%99l%C9%99rini-bundan-sonra-da-davam-etdir%C9%99c%C9%99k