Prezident: Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə bildirib ki, son dövrlərdə kənd təsərrüfatı sahəsində artım tempi zəifləyib. Bu səbəbdən 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı hazırlanıb və Prezident bununla bağlı Sərəncam imzalayıb. Proqramın əsas məqsədi məhsuldarlığın, istehsalın və ərzaq təhlükəsizliyinin gücləndirilməsidir. Dövlət başçısı buğda üzrə özünütəminat səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb, həmçinin pambıqçılıq, kartofçuluq və heyvandarlıq sahələrinin inkişafının önəmini qeyd edib. Prezident çıxışında genişmiqyaslı urbanizasiya məsələsinə də toxunub:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Onu da bildirməliyəm ki, biz Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik".

url: 
http://kepezfm.az/xeberler/prezident-biz-el%C9%99-etm%C9%99liyik-ki-k%C9%99ndl%C9%99rd%C9%99n-%C5%9F%C9%99h%C9%99rl%C9%99r%C9%99-yox-%C5%9F%C9%99h%C9%99rl%C9%99rd%C9%99n-k%C9%99ndl%C9%99r%C9%99-qay%C4%B1d%C4%B1%C5%9F
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik