Prezident hərbçiləri təltif edib və ali hərbi rütbələr verib

Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna "general-mayor" ali hərbi rütbəsi verilib. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə, həmçinin xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup hərbçi isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissələr qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirərək şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri ölümündən sonra təltif ediliblər. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, onlar "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli "Rəşadət" ordenləri, “İgidliyə görə”, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

url: 
http://kepezfm.az/xeberler/prezident-h%C9%99rb%C3%A7il%C9%99ri-t%C9%99ltif-edib-v%C9%99-ali-h%C9%99rbi-r%C3%BCtb%C9%99l%C9%99r-verib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik