Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanıb
MDB-nin Baş katibi, Moskvanın və Bütün Rusiyanın Patriarxı, Türk Dövlətləri Təşkilatının Baş katibi və digər rəsmilər Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin məktubunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışdığı da qeyd edilib. ICESCO-nun Bakıda tezliklə regional ofisinin rəsmi açılışının olacağı vurğulanıb.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev%C9%99-do%C4%9Fum-g%C3%BCn%C3%BC-m%C3%BCnasib%C9%99til%C9%99-t%C9%99brik-m%C9%99ktubu-%C3%BCnvanlan%C4%B1b