Prezident İlham Əliyevə Təbriklər gəlməkdə davam edir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevə zəng edib. Azərbaycan liderini Prezident seçkisində qələbə münasibətilə təbrik edən Zayed Əl Nəhyan, dövlət başçısına Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Tərəflər ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayarq, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Slovakiya Prezidenti Zuzana Çaputova da Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev%C9%99-t%C9%99brikl%C9%99r-g%C9%99lm%C9%99kd%C9%99-davam-edir-5