Prezident İlham Əliyev ABŞ səfiri ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyini müzakirə edib
Prezident İlham Əliyev ABŞ-nin ölkəmizdə yeni təyin olunmuş səfiri Mark Libbinlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyini müzakirə edib. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə də toxunulub. Seneqal səfiri Şeyx Qeyenin etimadnaməsini də qəbul edən Ölkə rəhbəri ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib. Seneqalın dövlət başçısı Makki Sallı Azərbaycanda keçiriləcək COP29-a dəvət edib.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-ab%C5%9F-s%C9%99firi-il%C9%99-erm%C9%99nistanla-az%C9%99rbaycan-aras%C4%B1nda-s%C3%BClh-g%C3%BCnd%C9%99liyini