Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. Azərbaycanda müasir audit institutunun formalaşması maliyyə intizamının, şəffaflığın və hesabatlılığın təmin olunmasında mühüm rol oynayıb. Auditorlar Palatası 30 il ərzində müstəqil audit sisteminin inkişafı, peşəkar kadrların hazırlanması və beynəlxalq standartlara uyğun audit modelinin formalaşdırılması istiqamətində mühüm işlər görüb.İlham Əliyev konfransda aparılacaq müzakirələrin Azərbaycanda audit fəaliyyətinin təkmilləşdirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.Prezident həmçinin Auditorlar Palatasının 15 üzvünü və əməkdaşını auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edib.

url: 
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-beyn%C9%99lxalq-konfrans-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1na-m%C3%BCraci%C9%99t-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik