Prezident İlham Əliyev: Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır
Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır. Bunu Prezident İlham Əliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığını vurğulayan Ölkə rəhbəri özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-İslam fəaliyyətini həyata keçirdiyini qeyd edib. "Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir"- deyə Dövlət başçısı əlbavə edib.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-d%C3%BCnyada-islamofobiya-meyill%C9%99ri-s%C3%BCr%C9%99tl%C9%99-artmaqdad%C4%B1r