Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

"Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır". Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb. Prezident, qlobal informasiya mühitində dezinformasiya, saxta xəbərlər, “deepfake” və süni intellektdən sui-istifadə hallarının artdığını bildirib. Dövlət başçısı deyib ki, bu proseslər ölkələrin imicinə və beynəlxalq sabitliyə mənfi təsir göstərir. Onun sözlərinə görə, Forumun əsas məqsədlərindən biri üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlıq yaradaraq obyektiv informasiya mühitini təmin etməkdir. Prezident qeyd edib ki, Azərbaycan media sahəsində beynəlxalq təşəbbüslərə öncülük edir, faktlara əsaslanan jurnalistikanın və media savadlılığının inkişafına xüsusi diqqət yetirir.

url: 
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-d-8-media-forumunun-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1na-m%C3%BCraci%C9%99t-%C3%BCnvanlay%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik