Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş keçirilib. Tərəflər Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafını müzakirə edib, enerji, nəqliyyat, logistika və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə Bakıdakı Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyəti də qeyd olunub. İrakli Kobaxidze tədbirin beynəlxalq əməkdaşlıq üçün önəmli platforma olduğunu bildirib. Daha sonra tərəflərin iştirakı ilə Gürcüstana təbii qaz və elektrik enerjisinin təchizatı, eləcə də “Bakı–Tbilisi–Qars” dəmir yolu layihəsi ilə bağlı bir sıra sənədlər imzalanıb.
url:
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-g%C3%BCrc%C3%BCstan%C4%B1n-ba%C5%9F-naziri-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb

