Prezident İlham Əliyev hökumətin yeni tərkibini təsdiqləyib
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibi də təsdiqlənib. Hökümətin tərkibində yalnız 2 dəyişiklik olub. Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Komitəsi sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-h%C3%B6kum%C9%99tin-yeni-t%C9%99rkibini-t%C9%99sdiql%C9%99yib