Prezident İlham Əliyev iki ölkənin səfirini qəbul edib
Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı yeni səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının inkişafı, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub.Dövlət başçısı, həmçinin Hindistanın yeni səfiri Abhay Kumarı qəbul edib. Azərbaycan-Hindistan münasibətlərinin inkişaf perspektivləri və xalqlarımız arasında tarixi-mədəni əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.
url:
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-iki-%C3%B6lk%C9%99nin-s%C9%99firini-q%C9%99bul-edib

