Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. O, eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq. Ölkə rəhbərinin digər sərəncamı ilə Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-m%C3%BCvafiq-s%C9%99r%C9%99ncamlar-imzalay%C4%B1b-4