Prezident İlham Əliyev Malayziya səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib. Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunulub.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-malayziya-s%C9%99firinin-etimadnam%C9%99sini-q%C9%99bul-edib