Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Prezident İlham Əliyev Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə Azərbaycanla Monteneqro arasında siyasi, iqtisadi, investisiya və turizm sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.Dövlət başçısı ölkələr arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, Baş nazirin səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.Miloyko Spayiç isə Azərbaycanın Monteneqroya yatırdığı sərmayələrin ölkə iqtisadiyyatına müsbət təsirini qeyd edib. O, həmçinin Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
url:
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-monteneqronun-ba%C5%9F-nazirini-q%C9%99bul-edib

