Prezident İlham Əliyev sərəncamlar imzalayıb
Prezident İlham Əliyev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Daha bir sənəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi barədədir. Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Sahib Eyvaz oğlu Alıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə də sərəncam imzalayıb.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-s%C9%99r%C9%99ncamlar-imzalay%C4%B1b-12