Prezident İlham Əliyev sərəncamlar imzalayıb
Azərbaycanda qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası tikiləcək. Prezident İlham Əliyev stansiyanın tikintisi ilə bağlı pilot layihəyə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Dövlət başçısının daha bir sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib və Xidmətin bir neçə əməkdaşına ali xüsusi rütbələr verilib.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-s%C9%99r%C9%99ncamlar-imzalay%C4%B1b-13