Prezident İlham Əliyev: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət edib. Dövlət başçısı Cənubi Qafqazda dayanıqlı sülhün regionun beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini artırdığını bildirib.Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizi ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin edəcək. Eyni zamanda, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrini genişləndirəcək, daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək və Orta Dəhlizin imkanlarını artıracaq.İlham Əliyev konqresin regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

url: 
http://kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyev-z%C9%99ng%C9%99zur-d%C9%99hlizi-tarixi-ip%C9%99k-yolunun-dir%C3%A7%C9%99ldilm%C9%99sin%C9%99-xidm%C9%99t-ed%C9%99c%C9%99k
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik