Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib
Prezident İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüş keçirilib. Dövlətimizin başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini deyib. Görüşdə TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi məsələləri müzakirə edilib, Albaniyanın bu sahədə önəmli rolu qeyd olunub. Prezident İlham Əliyevin Edi Rama ilə nahar əsnasında geniş tərkibdə görüşü də olub.
url:
http://www.kepezfm.az/xeberler/prezident-ilham-%C9%99liyevin-albaniyan%C4%B1n-ba%C5%9F-naziri-il%C9%99-t%C9%99kb%C9%99t%C9%99k-v%C9%99-geni%C5%9F-t%C9%99rkibd%C9%99-g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99ri