"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə Prezident Kuboku 2026 beynəlxalq reqatasına bu gün yekun vurulacaq.Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində yarışın son qalibləri müəyyənləşəcək.Azərbaycan idmançıları turnirdə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Almaniya, Türkiyə, Ukrayna və digər ölkələrdən 100-dən çox idmançı iştirak edir.
url:
http://kepezfm.az/xeberler/prezident-kuboku-2026-beyn%C9%99lxalq-reqatas%C4%B1na-bu-g%C3%BCn-ming%C9%99%C3%A7evird%C9%99-yekun-vurulacaq

