Prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılmasına yanvarın 15-də start veriləcək
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılması, püşkatma yeri və vaxtının müəyyən olunması məsələsi müzakirə olunub. Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşatma komissiyası yaradılıb. Prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılmasına yanvarın 15-də start veriləcəyi açıqlanıb. Proses fevralın 6-sı səhər saat 8-də dayandırılacaq. İndiyə qədər 20 500-dən çox müşahidəçinin qeydiyyatdan keçdiyi də bildirilib. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq.
url:
http://www.kepezfm.az/xeberler/prezident-se%C3%A7kil%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-se%C3%A7kiqaba%C4%9F%C4%B1-t%C9%99%C5%9Fviqat%C4%B1n-apar%C4%B1lmas%C4%B1na-yanvar%C4%B1n-15-d%C9%99-start