Prezident və Birinci vitse-prezident Xalq şairi Nəriman Həsənzadəni təbrik ediblər

Prezidentin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəni təbrik edib. Təbrik məktubunda Nəriman Həsənzadənin müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olduğu vurğulanır, onun Vətənə, milli dəyərlərə və dövlətçiliyə həsr olunan zəngin yaradıcılığının ədəbi prosesdə xüsusi yer tutduğu, gənc nəslin milli mənlik şüurunun formalaşmasına bundan sonra da töhfə verəcəyi qeyd edilir. Bu gün Xalq Şairinin 95 yaşı tamam olur.

url: 
http://kepezfm.az/xeberler/prezident-v%C9%99-birinci-vitse-prezident-xalq-%C5%9Fairi-n%C9%99riman-h%C9%99s%C9%99nzad%C9%99ni-t%C9%99brik-edibl%C9%99r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik