Prezident və birinci xanım İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak ediblər. Filialda 10 istiqamət üzrə 6 emalatxana fəaliyyət göstərəcək. Bölgədə yaşayan və “DOST EVİ”nə cəlb edilən əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin burada nümayişi və satışı həyata keçiriləcək, onlar üçün təlimlər-kurslar təşkil olunacaq.
url:
http://kepezfm.az/xeberler/prezident-v%C9%99-birinci-xan%C4%B1m-ismay%C4%B1ll%C4%B1da-%E2%80%9Cdost-evi%E2%80%9D-filial%C4%B1n%C4%B1n-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F%C4%B1nda-i%C5%9Ftirak-edibl%C9%99r-0