Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycana qarşı qərəzli yanaşmaların və qarayaxma kampaniyalarının sayı azalmaqdadır. Onun sözlərinə görə, Avropa Parlamentində son illərdə Azərbaycana qarşı bir sıra qətnamələr qəbul olunsa da, ölkə buna əhəmiyyət vermir. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan bu gün beynəlxalq diplomatik mərkəzlərdən birinə çevrilib və qlobal məsələlər Bakıda müzakirə olunur.Bu arada,Azərbaycanla Gürcüstan arasında Bakı-Tbilisi sərnişin qatarının yenidən açılması istiqamətində müzakirələrin də aparıldığını deyən Prezidentin köməkçisi hər iki ölkənin liderlərinin tapşırığına uyğun olaraq aidiyyəti qurumların bu istiqamətdə fəaliyyət göstərdiyini və artıq birgə kommünike qəbul olunduğunu deyib. Hazırda məsələnin ilkin mərhələdə müzakirəsi davam edir.

