Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir və layihəni perspektivli hesab edir. Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçəcək. O, Moskvanın layihə üçün kredit resursları ayırmağa hazır olduğunu da açıqlayıb. Rusiya lideri əlavə edib ki, hazırda İran üzərinə düşən işləri, o cümlədən marşrut ərazilərinin satın alınmasını tamamlamalıdır.
url:
http://kepezfm.az/xeberler/putin-az%C9%99rbaycan-%C5%9Fimal-c%C9%99nub-d%C9%99hlizinin-realla%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1n%C4%B1-d%C9%99st%C9%99kl%C9%99yir

