Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni sakinlərinə baş çəkib
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər. Görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Cəmiyyətin əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu, cəmiyyət tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib.
url:
http://www.kepezfm.az/xeberler/q%C4%B1z%C4%B1l-aypara-c%C9%99miyy%C9%99ti-qaraba%C4%9F%C4%B1n-erm%C9%99ni-sakinl%C9%99rin%C9%99-ba%C5%9F-%C3%A7%C9%99kib