Qəbul imtahanı üçün qeydiyyat bitir
Qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetləri vasitəsilə DİM-in internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçməlidirlər.Yalnız müəyyən edilən tarixədək qeydiyyatdan keçən abituriyentlər imtahanda iştirak edə biləcəklər.İmtahanların keçirilmə tarixləri isə II və III ixtisas qrupları üzrə 24 mayda, I və IV ixtisas qrupları üzrə isə 7 iyundadır. III ixtisas qrupu üzrə DT və TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da 7 iyunda keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/q%C9%99bul-imtahan%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-qeydiyyat-bitir

