Qərbi Azərbaycan İcması “The Washington Post” qəzetində dərc olunmuş qərəzli yazını pisləyib
“The Washington Post” qəzetində Qarabağla bağlı dərc olunmuş həqiqətləri təhrif edən, təxribat xarakterli yazını qətiyyətlə pisləyirik. Qərbi Azərbaycan İcmasından vurğulanıb ki, yazının müəllifi David İqnatiusun yalnız Qarabağ ermənilərinin “geri qayıtmaq” hüququndan dəm vurması onun peşəkar jurnalistikadan nə qədər uzaq olduğunu göstərir. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc yolla geri qayıdış hüququ heç bir vəchlə inkar edilə bilməz və bu məsələ özünü “peşəkar və tərəfsiz” kimi qiymətləndirən beynəlxalq medianın da diqqətini cəlb etməlidir"-deyə bəyanatda qeyd edilib .
url:
http://www.kepezfm.az/xeberler/q%C9%99rbi-az%C9%99rbaycan-icmas%C4%B1-%E2%80%9C-washington-post%E2%80%9D-q%C9%99zetind%C9%99-d%C9%99rc-olunmu%C5%9F-q%C9%99r%C9%99zli-yaz%C4%B1n%C4%B1-pisl%C9%99yib