Qərbi Azərbaycan İcması Dunya Miyatoviçə etiraz məktubu göndərib
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına Qərbi Azərbaycan İcması etirazını bildirib. Vurğulanıb ki, Ermənistandan didərgin salınmış yüzminlərlə azərbaycanlıların təmsilçiləri ilə keçirilən mühüm görüşlərə istinad etməmək ədalət və qərəzsizlik prinsiplərinə ziddir. İcma "qərbi azərbaycanlıların haqq işinin hesabatda əks olunması üçün ona yenidən baxmağı tələb edir.
url:
http://www.kepezfm.az/xeberler/q%C9%99rbi-az%C9%99rbaycan-icmas%C4%B1-dunya-miyatovi%C3%A7%C9%99-etiraz-m%C9%99ktubu-g%C3%B6nd%C9%99rib