Qərbi Azərbaycan İcmasının Xaricdə nümayəndəlikləri olacaq
"Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb". İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınma prosesinin artıq yekunlaşdığını da bildirib. Siyahıda 250 mindən çox şəxsin adı daxil edilib. Əziz Ələkbərli xarici ölkələrdə Qərbi Azərbaycan İcmasının nümayəndəliklərinin yaradılacağını vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/q%C9%99rbi-az%C9%99rbaycan-icmas%C4%B1n%C4%B1n-xaricd%C9%99-n%C3%BCmay%C9%99nd%C9%99likl%C9%99ri-olacaq