Qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının vəziyyəti açıqlanıb
Ağdamda avtomobil qəzasına düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının vəziyyəti açıqlanıb. PFL-in prezidenti Elxan Səmədovun müalicəsi reanimasiya şəraitində davam edir. Qarşıdakı günlərdə ona müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır. PFL-in media və marketinq direktoru Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Vitse-prezident Aslan Şahgəldiyev isə palataya köçürülüb.
url:
http://www.kepezfm.az/xeberler/q%C9%99zaya-d%C3%BC%C5%9F%C9%99n-pe%C5%9F%C9%99kar-futbol-liqas%C4%B1n%C4%B1n-%C9%99m%C9%99kda%C5%9Flar%C4%B1n%C4%B1n-v%C9%99ziyy%C9%99ti-a%C3%A7%C4%B1qlan%C4%B1b