Qabiliyyət imtahanlarında iştirak edənlər üçün son gündür
2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat bu gün saat 23:59-da başa çatır.Dövlət İmtahan Mərkəzi bildirib ki, abituriyentlər yalnız bir istiqamət üzrə maksimum 4 komissiyada qeydiyyatdan keçə bilərlər.Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi planlaşdırılır.
Azərbaycan dili üzrə ilk nəticəsi “qeyri-məqbul” olan digərdilli abituriyentlər də qeydiyyatdan keçə bilərlər. Amma onlar iyunun 21-də keçiriləcək ikinci imtahanda “məqbul” nəticə toplamalıdırlar ki, müsabiqəyə buraxılsınlar.
url:
http://kepezfm.az/xeberler/qabiliyy%C9%99t-imtahanlar%C4%B1nda-i%C5%9Ftirak-ed%C9%99nl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-son-g%C3%BCnd%C3%BCr

