Qadın şahmatçılardan ibarət Azərbaycan millisi ikinci turda Gürcüstana uduzub
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə növbəti yoldaşlıq görüşünü keçirib. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaq. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Görüş millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
url:
http://www.kepezfm.az/xeberler/qad%C4%B1n-%C5%9Fahmat%C3%A7%C4%B1lardan-ibar%C9%99t-az%C9%99rbaycan-millisi-ikinci-turda-g%C3%BCrc%C3%BCstana-uduzub