Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub. Yığma 2 qızıl, 1 bürünc medalla buna nail olub. Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında 4-cü pillədə qərarlaşıb. Komanda hesabında 1-ci yeri 147 xalla Ukrayna tutub. Türkiyə ikinci, Rumıniya isə üçüncü yeri tutub.
url:
http://www.kepezfm.az/xeberler/qad%C4%B1n-g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99rd%C9%99n-ibar%C9%99t-az%C9%99rbaycan-millisi-avropa-%C3%A7empionat%C4%B1nda-4-c%C3%BC-yeri-tutub