Qadın güləşcimiz Avropa çempionatının yarımfinalına yüksəlib
Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan millisinin 2 üzvü 1/4 finala qoşulublar. Güləşçimiz Elis Manolova belaruslu həmkarı Tatyana Pavlovaya 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Elis yarımfinalda ukraynalı İrina Koliadenko ilə qarşılaşacaq. Jalə Əliyeva isə ukraynalı Solomiya Vinnikə 5:12 hesabıyla uduzub.
url:
http://www.kepezfm.az/xeberler/qad%C4%B1n-g%C3%BCl%C9%99%C5%9Fcimiz-avropa-%C3%A7empionat%C4%B1n%C4%B1n-yar%C4%B1mfinal%C4%B1na-y%C3%BCks%C9%99lib