Qadın voleybolçulardan ibarət “Gəncə”qələbə qazanıb
Qadın voleybolçuların Yüksək Liqasında XI tura start verilib. Açılış oyununda “Milli Aviasiya Akademiyası” “Gəncə”ni qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda “Gəncə” 15 xalla 4-cü yerdədir. Aktivində 10 xalı olan “Milli Aviasiya Akademiyası” isə 5-ci pillədə qərarlaşıb
url:
http://www.kepezfm.az/xeberler/qad%C4%B1n-voleybol%C3%A7ulardan-ibar%C9%99t-%E2%80%9Cg%C9%99nc%C9%99%E2%80%9Dq%C9%99l%C9%99b%C9%99-qazan%C4%B1b